Mart 31, 2019 16:24 Asia/Baku
  • Ş. İrlandiyada brexit-ə etiraz aksiyası
    Ş. İrlandiyada brexit-ə etiraz aksiyası

Şimali İrlandiyada yüzlərlə etirazçı bir aksiyada iştirak edərək, brexit-lə öz müxalifətini elan edib.

Əllərində Avropa Birliyinin bayraqları və plakatlar olan etirazçılar Şimali İrlandiyanın Nyuri sərhəd şəhərinin yaxınlığındakı bir körpüdə keçirdikləri bu aksiyada şüarlar verərək, İngiltərənin bu birlikdəki iştirakının davam etməsini istəyiblər.

Etirazçılar brexitin Şimali İrlandiya ilə İrlandiya Respublikası arasındakı sülh razılaşmasını təhlükəyə salacağından qorxurlar.

Şimali İrlandiyada on illərlə gərginlik 1998-ci ildə başa çatdı və iki tərəf "Belfast Sazişi"ni imzaladı.

Teqlər