Apr 01, 2019 17:41 Asia/Baku
  • Belçikada 70 sarı jiletli həbs olunub
    Belçikada 70 sarı jiletli həbs olunub

Belçika polisi bu ölkənin iqlim siyasətlərinə qarşı etirazların dalbadal üçüncü həftəsində çaxnaşma və iğtişaş törətmələri səbəbindən sarı jiletlilərdən 70 nəfəri həbs edib.

Belçika polisi dünən bildirib ki, bu həbslər polisin sarı gödəkçəlilərin etirazlarını dayandırmağa səy göstərməsinin ardınca həyata keçirilib və bu hərəkatın etirazçıları küçələrdə şüşələri sındırıb və polisə hücum ediblər.

Brüsseldə etirazlar iqlim dəyişiklikləri barədə nigarançılıq ifadə etmək məqsədilə həyata keçirilib. Bu həftə etirazlarda iştirak edənlərin sayı təqribən səkkiz min nəfər elan edilibdir ki, bu da ötən iki həftədə keçirilən etirazlarla müqayisədə aşağı rəqəmdən xəbər verir.

Brüsseldə sarı jiletlilərin etirazları da Fransada olduğu kimi öncə hökumətin yanacaq xərcini artırmaq üzrə siyasəti nəticəsində başlanıb.

 

Teqlər