Apr 02, 2019 19:04 Asia/Baku
  • Sankt-Peterburqda partlayış; 4 nəfər xəsarət aldı
    Sankt-Peterburqda partlayış; 4 nəfər xəsarət aldı

Rusiya rəsmiləri Sankt-Peterburqda zabitlik məktəbində baş vermiş partlayışda 4 nəfərin xəsarət aldığını bildiriblər.

RİA Novosti-nin bildirdiyinə görə, Rusiya rəsmiləri bu gün Sankt-Peterburqda zabitlik məktəbinin idarə binasında partlayışın baş verməsindən xəbər veriblər.

Bu məlumata görə, partlayışın ardınca bina boşaldılıb və təhlükəsizlik partlayışın səbəblərinə aydınlıq gətirmək üçün araşdırmalar aparırlar.

Sosial şəbəkələrdə kənd təsərrüfatı müəssisəsində də ikinci bir partlayışın baş verməsinə dair xəbərlər yayılıb. Amma, rəsmi dairələr və dövlət mediası dərhal bu xəbəri təkzib ediblər.

Sankt-Peterbuq zabitlik məktəbi hava qüvvələri üçün kadr hazırlamaqla məşğuldur.

Teqlər