Apr 03, 2019 09:45 Asia/Baku
  • Əlcəzair xalqı şadlıq edir
    Əlcəzair xalqı şadlıq edir

Əlcəzair prezidentinin hakimiyyətdən kənara çəkilməsi bu ölkə xalqının rəğbəti ilə üzləşib.

Əlcəzair xalqı paytaxt Əlcəzair şəhərinin küçələrinə çıxaraq, bu ölkənin prezidenti Əbduləziz Butəfliqənin istefa verməsini bayram edibdir.

Əbduləziz Butəfliqə Əlcəzairdə dörd dövrdə prezident seçildikdən sonra dünən gecə vəzifəsindən itefa verib. Əlcəzair prezidenti öz istefa məktubunu bu ölkənin əsas qanun şurasına göndəribdir.

Əlcəzair milli müdafiə nazirliyi dünən axşamçağı bir bəyanatda bu ölkə prezidenti Əbduləziz Butəfliqənin tez bir zamanda hakimiyyətdən kənara çəkiıməsini istəmişdi.

Xəstə olan 82 yaşı Butəfliqə ötən fevral ayında bildirdi ki, beşinci dəfə dalbadal Əlcəzair prezident seçkilərinə namizəd olmaq istəyir. Bu xəbərin yayılması Əlcəzairdə etirazlara səbəb oldu.

Əbduləziz Butəfliqə son həftələr hakmiyyətdən kənara çəkilməsi üçün  müxalifləri tərəfindən təzyiq altında idi.

Butəfliqə 1999-cu ildən Əlcəzairin prezidenti olubdur.

Teqlər