Apr 03, 2019 10:45 Asia/Baku
  • BMT sel hadisəsilə bağlı İranın hökuməti və xalqının kədəri ilə bölüşüb
    BMT sel hadisəsilə bağlı İranın hökuməti və xalqının kədəri ilə bölüşüb

BMT baş katibi ofisinin başçısı İran nümayəndəsi Eshaq Ale-Həbib ilə əlaqə saxlayaraq, BMT baş katibinin İranda baş vermiş son sel hadisələrilə bağlı İranın hökuməti və xalqının kədəri ilə bölüşdüyünü bildirib.

Mariya Viotti həmçinin BMT-nin İranın bəzi vilayətlərinin əhalisi və şəhərlərinə kömək etməyə və həmkarlığa hər cür hazırlığını vurğulayıb.

Humanitar yardımların hər cür sanksiyadan azad olması vacibliyini vurğulayan BMT baş katibi ofisinin başçısı deyib: İrana humanitar yardımların göndərilməsi hər cür sanksiya dairəsindən müstəsna olmalı idi.

İranın BMT-dəki nümayəndəsi də Viottinin müraciətinə görə təşəkkür edərək, deyib: İranın xalqı və hökuməti yekdillik və həmrəyliklə bu təbii fəlakətlərlə mübarizə üçün əllərindən gələni ediblər  və hər cür beynəlxalq həmkarlıq və kömək təklifini qəbul edəcəklər.

Ale-Həbib deyib: Amerikanın birtərəfli və qanunsuz sanksiyaları, əlaqədar beynəlxalq orqanlar tərəfindən İrana humanitar yardımların göndərilməsinə mane olubdur və BMT-nin bu xüsusda tədbirlər görməsi zərurət daşıyır.

Son iki həftədə sel İranın bəzi şimal, qərb və cənub məntəqələrini bürüyüb və böyük insan və maliyyə xəsarətlərinə səbəb olubdur.

Teqlər