Apr 08, 2019 19:25 Asia/Baku
  • BMT İranda seldənzərərçəkənlərə nağd yardımların göndərilməsi üçün maliyyə kanalı yaradıb
    BMT İranda seldənzərərçəkənlərə nağd yardımların göndərilməsi üçün maliyyə kanalı yaradıb

BMT-nin İrandakı nümayəndəsi deyib: Birləşmiş Millətlər Təşkilatı İranda seldənzərərçəkənlərə nağd yardımların göndərilməsi üçün konkret maliyyə-bank kanalı yaradıbdır.

Uqoçi Danils bu gün BMT-nin İrandakı ofisləri nümayəndələrinin seldənzərərçəkən məntəqələrə yardım mövzusu ilə Tehranda keçirilən təfəkkür iclasının kənarında müxbirlərə sonra belə deyib: Birləşmiş Millətlər Təşkilatı İranda seldənzərərçəkənlərə nağd yardımların göndərilməsi üzrə maliyyə kanalı yaratmaqdan əlavə, seldənzərərçəkənlər üçün sığınacaq, sağlamlıq, səhiyyə təsisatları, su, tibb və səhiyyə mallarının əldə olunması üçün bir milyon 420 min dollarlıq kömək edibdir.

Danils BMT-nin Amerikanın iranlı seldənzərərçəkənlərə yardımın qarşısının alınmasına dair rəftarı qarşısında susması barədəki sualın cavabında deyib ki, Amerikanın sanksiyaları ədalətli deyildir.

BMT-nin İrandakı nümayəndəsi belə qeyd edib: İranda seldənzərərçəkənlərə yardım istiqamətində Birləşmiş Millətlər Təşkilatının ən yüksək səviyyəsində səylər göstərilibdir ki, İrana yardımların çatdırılmasının qarşısı alınmasın.

Amerika İranın bəzi şimal, qərb və cənub məntəqələrində selin baş verməsindən sonra İran Qırmızı Aypara Cəmiyyəti ilə bağlı maliyyə hesablarını bağlayıbdır ki, bu addımla əslində Qızıl Xaç Komitəsindən və digər ölkələrdən İranda seldənzərərçəkənlərə yardımın çatdırılmasına xələl gətirmiş olsun.

İranın Tibbi Ekspertiza Təşkilatı ölkənin müxtəlif məntəqələrində seldə həyatlarını itirənlərin sayını yetmiş nəfər elan edibdir.

Teqlər