Apr 12, 2019 17:39 Asia/Baku
  • Farin Palisi: Sepah ABŞ-dan intiqam almaq üçün çeşidli seçimlərə malikdir
    Farin Palisi: Sepah ABŞ-dan intiqam almaq üçün çeşidli seçimlərə malikdir

Amerikada çıxan Farin Palisi nəşri İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah İranın rəsmi hərbi bir qrumu olaraq bu qrumun Vaşinqton tərəfindən terrorçu elan edilməsinə görə ABŞ-dan intiqam almaq üçün bir çox seçimə malikdir.

Farin Palisi ABŞ hökumətinin İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ı terrorçu elan etməsinə işarə edərək, yazıb: Bu addım Vaşinqtonun mənafeyinə xidmət üçün olmayıb. Əksinə, bütün dünyada amerikalıların təhlükəsizliyini zərbə altında qoydu. 

Farin Palisi yazır: Əgər İran elə bu an ABŞ hərbçilərinə qarşı gərginliyi artırmaq qərarına gəlsə, bir çox seçimə malikdir və Suriyada Livan Hizbullahı habelə, İraqdakı müxtəlif təşkilatlar dolayısı ilə İrnın intiqamını ABŞ-dan ala bilərlər. 

Farin Palisi həmçinin yazır: Vaşinqton regionun geo-siyasi məsələlərinə dair İran ilə anlaşma yolu tapmalıdır. Əks təqdirdə, artan gərginlik İsrail və ABŞ-ın müttəfiqi olan bəzi ərəb ölkələri üçün də təhlükəli ola bilər. 

Teqlər