Apr 14, 2019 13:17 Asia/Baku
  • Demakratlar növbəti dəfə vergi bəyannaməsi təqdim etməsi üçün Trampa möhlət verdilər
    Demakratlar növbəti dəfə vergi bəyannaməsi təqdim etməsi üçün Trampa möhlət verdilər

ABŞ-ın Nümayəndələr Palatasının "metodlar və vasitələr" adlı komissiyasının demokrat sədri ölkə prezidentinin vergi bəyannamələrinin təqdim edilməsi üçün vergi orqanına yeni möhlət təyin etdi.

Fransa xəbər agentliyinin bildirdiyinə görə, Riçard Nil şənbə günü vergi idarəsinin rəhbəri Çarlz Ringə ünvanladığı məktubda ölkə prezidenti Donald Trampın 23 aprelə kimi vergi bəyannaməsi təqdim etməli olmasına dair xəbərdarlıq etdi. 

Riçard Nil bu məktubda bildirib: Nə ABŞ-ın daxili gəlir xidməti, nə Ədliyyə Nazirliyi, nə də Maliyyə Nazirliyi komissiyanın bu istəyinə qarşı çıxa bilməz. 

Demokratlar ötən həftə ABŞ-ın Vergi İdarəsindən ölkə prezidentinin son 6 vergi bəyannaməsini 10 aprel tarixinə kimi Nümayəndələr Palatasının komissiyasına təqdim etməsini istəmişdilər. 

ABŞ-ın Maliyyə Nazirliyi isə çərşənbə günü təyin edilmiş möhlətin başa çatmasından sonra bu istəyə cavab verəcək şəraitdə olmadığını açıqladı. 

Teqlər