Apr 16, 2019 09:06 Asia/Baku
  • Parlamentinin önündə Yəmən xalqının qırğın edilməsinə qarşı aksiya keçirilib
    Parlamentinin önündə Yəmən xalqının qırğın edilməsinə qarşı aksiya keçirilib

Bir qrup italiyalı fəal Yəmən xalqının səud rejimi və onun müttəfiqləri tərəfindən qətli-am edilməsinin davam etməsinə və Qərb ölkələrinin dövlət başçılarının bu faciələr qarşısında susmalarına etiraz olaraq, Avropa Parlamentinin önündə etiraz aksiyası keçirib.

İtaliyalı fəallar, üzərində "Yəmən xalqını qırmağı dayandırın!" şüarı yazılmış plakatı bir neçə dəqiqə müddətinə Avropa Parlamentinin zalında nümayiş etdirməyə müvəffəq olublar.

İtalyan fəallardan biri IRIB-nin Roma müxbirinə belə deyib: Avropa Parlamenti iki il bundan öncə simvolik şəkildə Avropa ölkələrindən istəmişdi ki, Ərəbistana silah ixracatını dayandırsınlar, amma İtaliya hökuməti səud qırıcıları tərəfindən Yəmən xalqının başı üzərinə yağdırılan bombaları Ərəbistana göndərməyi davam etdirən Avropa ölkələrindəndir.

Adının gizli qalmasını istəmiş bu italyan fəal İtaliya hökumətini bu ölkədə bomba istehsal edərək, onu gizli şəkildə Ərəbistana göndərən bir alman şirkətlə həmkarlıqda ittiham edib.

Teqlər