Apr 16, 2019 19:08 Asia/Baku
  • Zərif: Suriya müqaviməti regionu böyük təhlükədən xilas etdi
    Zərif: Suriya müqaviməti regionu böyük təhlükədən xilas etdi

İranın xarici işlər naziri deyib: Suriyanın hökuməti və xalqının terrorizm qarşısındakı müqaviməti regionu böyük bir fitnə və təhlükədən xilas etdi.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Dəməşqdə Suriyanın xarici işlər naziri Vəlid Əlmuəllimlə görüşdə onunla ikitərəfli əlaqələr, regional və beynəlxalq olaylar barədə məşvərət edərək, bütün terrorçuların Suriyadan çıxmalarının, həmçinin bu ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıb.

Vəlid Əlmuəllim də iki ölkənin son illərdəki əməkdaşlıqlarına toxunaraq, deyib: Bu həmkarlıqlar səbəb oldu ki, iki ölkə böyük fitnələri zərərsizləşdirsin və həmkarlıqların bütün sahələrdə davam etməsi zərurət təşkil edir.

Teqlər