Apr 20, 2019 10:47 Asia/Baku
  • Serbiya prezidenti Rusiyaya qarşı sanksiyaları və NATO-ya üzvlüyü rədd edib
    Serbiya prezidenti Rusiyaya qarşı sanksiyaları və NATO-ya üzvlüyü rədd edib

Serbiya prezidenti bildirib ki, xarici təzyiqlərə rəğmən, ölkəsi heç vaxt Rusiyanı sanksiya etməyəcək və NATO daxil olmaqla hər bir hərbi blokdan uzaq duracaqdır.

Aleksandr Vuçiç dünən axşam Belqradda hökumət tərəfdarlarının yürüşündə əlavə edib: Serbiya Avropa Birliyinə qatılmaq istəyir, amma eyni zamanda Rusiya ilə münasibətlərini qorumaq və Çinlə münasibətlərini gücləndirmək ardıncadır. Xarici təzyiqlərin hansı həddə olması mühüm deyil. Biz heç vaxt Rusiyanı sanksiya etməyəcəyik, zira Moskva heç vaxt bizə qarşı sanksiyalar tətbiq etməyibdir. Biz tərəfsiz qalmaqda davam etmək, öz ölkəmizi və hava məkanımızı müdafiə etmək və hər bir hərbi blokdan uzaq durmaq istəyirik.

O, deyib: Serbiyanın xarici siyasətləri Rusiya və Çinlə dostcasına əlaqələrə, həmçinin Avropa Birliyi və NATO ilə münasibətlərin gücləndirilməsinə şamil olur. Belə bir halda, Serbiya heç bir hərbi bloka qatılmaq istəmir və özünün bitərəf ölkə kimi olan mövqeyinə üstünlük verir. Qərb siyasətçiləri və təşkilatları dəfələrlə vurğulayıblar ki, Avropanın ərazi bütövlüyü bu şərtlə mümkündür ki, Serbiya Kosovonun istiqlaliyyətini rəsmən tanısın və Rusiya ilə münasibətlərini kəssin. Serbiya prezidenti bildiribdir ki, ölkəsinin Kosovonun vəziyyəti barədə dialoqa hazır olmasına rəğmən, yadda saxlamaq lazımdır ki, olduqca önəmli olan məsələ, izzət və hörmətdir. Serbiyanı öz izzəti və hörmətini tapdamağa məcbur etməyin.

Serbiya prezidenti dünən hökumət tərəfdarlarının Belqradda keçirilən geniş yürüşündə iştirak edib və deyib ki, bu yürüş ötən əlli ildə bu ölkədə keçirilən ən böyük yürüşdür. Polisin bildirdiyinə görə, bu yürüşdə Sebiyanın bütün məntəqələrinin sakinləri daxil olmaqla 140 mindən 150 minədək insan iştirak edib. Bu yürüş ötən ilin dekabrında başlanmış anti-hökumət etirazlarına reaksiyada təşkil edilibdir.