Apr 20, 2019 11:28 Asia/Baku
  • Kreml Rusiyanın ABŞ seçkilərinə müdaxilə etmədiyini vurğulayıb
    Kreml Rusiyanın ABŞ seçkilərinə müdaxilə etmədiyini vurğulayıb

2016-cı il Amerika prezident seçkiləri işi üzrə təhqiqat hesabatının yayılmasının ardınca Kreml vurğulayıb ki, Moskva Vaşinqtonun daxili işlərinə qarışmır.

Rusiya prezident aparatının sözçüsü Dmitri Peskov dünən 2016-cı il Amerika prezident seçkiləri işi üzrə xüsusi müstəntiq Robert Müllerin hesabatına işarə edərək, deyib ki, bu məlumata görə, Rusiya bu seçkilərə heç bir müdaxilə etməyibdir.

Peskov Kremldə keçirilən mətbuat konfransında əlavə edib: Müllerin hesabatı Rusiyanın Amerika prezident seçkiləri prosesinə müdaxiləsi barədə heç bir möhkəm sübuta malik deyil və Moskva da bu barədə hər cür ittihamı rədd edir.

Peskov həmçinin təəssüflə bildirib ki, Müllerin hesabatı kimi sənədlər Amerika-Rusiya əlaqələrinə təsir göstərir; özü də bu əlaqələrin hazırda yaxşı vəziyyətdə olmadığı bir halda.

Müllerin ikiillik təhqiqatı 2016-cı il Amerika prezident seçkiləri gedişində Donald Trampın seçki qərargahı ilə ruslar arasında əlaqənin olmasına dair ittihamlar irəli sürüləndən sonra başlandı.

Trampın seçki komandasının ruslarla sövdələşməsi mövzusu Amerikanın siyasi atmosferində mühüm çəkişmələrdən biri kimi qalmaqda davam edir.

Teqlər