Apr 20, 2019 11:46 Asia/Baku
  • Əlcəzair xalqının siyasi şəxsiyyətlərdən tələbi
    Əlcəzair xalqının siyasi şəxsiyyətlərdən tələbi

Əlcəzair xalqı etirazların davamında siyasi şəxsiyyətlərdən istəyibdir ki, hərəkətlər üçün şəffaf proqram və ciddi siyasi alternativ təqdim etsinlər.

Əlcəzair xalqından bir qrup insan doqquzuncu həftə dalbadal bu ölkənin paytaxtında aksiya keçirir. Onlar bu ölkənin sabiq prezidenti Əbduləziz Butəfliqənin rejiminin başçılarının, o cümlədən keçid dövrünün prezidenti Əbdulqadir bin Salihin kənara çəkilmələrini tələb edirlər. Keçid mərhələsilə bağlı qərarların ləğvi və qarşıdakı iyun prezident seçkilərinin boykot edilməsi aksiya iştirakçılarının digər tələbələrindən olubdur. Əlcəzairin Ənnəhar telekanalı bildirib ki, ötən cüməgünkü etirazlarda yaralanmış bir vətəndaş yaralarının ağırlığı üzündən həyatını itirib.

Əlcəzairli aksiyaçılar və onların əllərində tutduqları və üzərlərində " Həll yolu, səbirdə və dinc rəftardadır!" şüarı yazılmış plakatlar Əlcəzair xalqının etirazlarının doqquzuncu aksiyasının, aksiyaçıların paytaxtın mərkəzində təxirli iştirakı ilə keçirilən sabiq cümələrdəki aksiyalarından olan nəzərəçarpacaq fərqləri idi və onun da səbəbi, polis və təhlükəsizlik qüvvələrinin onların paytaxtın mərkəzinə doğru hərəkəti yolunda yaratdıqları çoxlu sayda maneə olubdur.

Bu aksiyanın iştirakçıları Əbdulqadir bin Salihin nəzarəti və müdiriyyəti ilə aparılan məşvərətləri və bu məşvərətdə iştirak edən siyasi şəxsiyyətləri rədd etdiklərini bildiriblər. Onlar siyasi şəxsiyyətlərdən istəyiblər ki, hərəkətlər üçün şəffaf proqram və ciddi siyasi alternativ təqdim etsinlər.