Apr 21, 2019 11:08 Asia/Baku
  • Əfqanıstan prezidenti Kabilə hücumu pisləyib
    Əfqanıstan prezidenti Kabilə hücumu pisləyib

Əfqanıstan prezidenti Kabil şəhərinə qarşı terror hücumunu pisləyib.

Əşrəf Qəni dünən Kabil şəhərinə qarşı terror hücumuna reaksiyada deyib: Əfqanıstanın düşmənləri xalqı hədəfə alıb, qorxu və dəhşət hissi yaratmaqla bir daha sübut etdilər ki, onların qırğın və cinayətdən savayı ayrı bir hədəfləri yoxdur.

Şənbə günü günortadan öncə Əfqanıstanın rabitə nazirliyinin qarşısında bir bomba partlayıb. Ondan sonra Əfqanıstanın rabitə nazirliyinin ərazisində hücumçularla bu ölkənin təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranıb və hər üç hücumçu öldürülübdür.

Bu hücumda həmçinin dörd sivil və üç əfqan hərbçi ölüb, eləcə də səkkiz mülki yaralanıbdır.

Əşrəf Qəni əlavə edib: Bu kimi cinayətlər təkfirçi qrupların məhv edilməsi və nəhs terrorizm fenomeni ilə mübarizədə bu ölkənin təhlükəsizlik və müdafiə qüvvələrinin əzmkarlığını daha da artırır.

Əfqanıstan prezidenti bu hücumda ölən və yaralanan insanların ailələrinin kədərinə şərik çıxıbdır.

Teqlər