Apr 21, 2019 14:35 Asia/Baku
  • Şri-Lankada qanlı bazar

Şri-Lanka polisi xristianların pasxa bayramının qeyd olunması ilə bir vaxtda bu ölkənin paytaxtı Kolombodakı kilsələr və otellərdə partlayışların baş verməsindən və yüzlərlə nəfərin həlak olmasından xəbər verib.

Şri-Lanka polisi bildirib ki, bu gün səhər Kolomboda yerləşən "Sant-Antonio", Katuvapitiya və Battikoloa kilsələrində, eləcə də Şangir-La və Kinqsbri otellərində pasxa bayramının qeyd olunması ilə bir vaxtda baş vermiş partlayışlar nəticəsində 185 nəfər ölüb, təqribən 500 nəfər də yaralanıbdır. Bu rəqəmlər altı partlayışın nəticəsidir.

Son xəbərlərə görə, Şri-Lankada yeddinci partlayış da baş verib. Bu partlayış Dehivala şəhərində yerləşən zooparkın yaxınlığında baş verib. İki nəfər ölüb, bir neçə nəfər də yaralanıb.

Həlak olanlar və yaralılar arasında xarici vətəndaşlar da var. Yaralılardan bir çoxunun vəziyyəti ağır elan olunub.

Şri-Lankanın baş naziri Ranil Vikremesinge bu partlayışlardan sonra nazirlərin iştirakı ilə fövqəladə iclas keçirib və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından istəyibdir ki, bu barədə fövqəladə iclas təşkil etsin.

O, bu ölkədə kilsələrə və otellərə qarşı partlayış hücumlarını pisləyib və onu qorxaqcasına və bəşəriyyətə zidd hərəkət adlandırıb. 

Şri-Lankanın baş naziri bu ölkə xalqından istəyibdir ki, öz sakitliyi və soyuqqanlılığını qorusun.