Apr 22, 2019 11:37 Asia/Baku
  • Poroşenko öz tərəfdarlarından istəyibdir ki, əsla təslim olmasınlar
    Poroşenko öz tərəfdarlarından istəyibdir ki, əsla təslim olmasınlar

Ukrayna prezident seçkilərinin qalibi Vladimir Zelenski bildirib ki, ölkəsində sülh prosesini Rusiyanın iştirakı ilə bərpa etmək fikrindədir.

Hərçənd Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko Vladimir Zelenskiyə məğlub olduğunu qəbul və Zelenskini qələbəsi münasibətilə təbrik edib, amma öz tərəfdarlarından istəyibdir ki, təslim olmasınlar.

Poroşenko Kiyevdə öz tərəfdarları qarşısında deyib: Əsla təslim olmayın! Əsla, əsla, əsla! Mövzunun nə qədər böyük və ya kiçik olması mühüm deyil, amma təslim olmayın!

Ukrayna prezident seçkilərinin qalib namizədi: Hər şey mümkündür!

Bazar günü Ukrayna prezident seçkilərində qəti qələbə qazanmış komik Vladimir Zelenski tərəfdarlarına xitabən bildirib ki, onları məyus etməyəcəkdir.

Zelenski həmçinin keçmiş sovet respublikalarının xalqlarından istəyibdir ki, yeni rəhbərləri hakimiyyətə gətirsinlər.

Seçkilərin ilkin nəticələrinin yayılmasından sonra bu 41 yaşlı televiziya ulduzu öz seçki qərargahında bildirdi: Mən sizi heç vaxt məyus etməyəcəyəm.

O, əlavə edib: Mənim hələ rəsmən prezident olmamağıma rəğmən, bir Ukrayna vətəndaşı kimi bundan öncə SSRİ-nin hakimiyyəti altında olmuş bütün ölkələrə deyə bilərəm: Bizə baxın! Hər şey mümkündür!

Rusiya: Zelenskinin qələbəsi göstərir ki, Ukrayna xalqı dəyişikliyə səs veribdir.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin dünən bildirib ki, Vladimir Zelenskinin geniş qələbəsi Ukrayna xalqının dəyişiklik istəməsinin nişanəsidir.

Zelenskinin Ukrayna seçkilərində qalib gəlməsi təhlükəli bir avantüradır

Frans 24 telekanalının məlumatına görə, Ukrayna xalqının böyük bir hissəsi Zelenskinin bu ölkənin prezidenti seçilməsini təhlükəli bir avantüra hesab edir.

Ukraynanın başının savaşa qarışdığı bir halda, Zelenski heç bir siyasi təcrübəyə malik deyil. Xalq bilmək istəyir ki, Zelenskinin ilk addımı nə olacaq və görəsən, o, münasib bir kursa malik olacaqmı?

Bir çoxları bu qənaətdədirlər ki, Zelenski xalqın hazırkı prezident Pyotr Poroşenkodan narazı olmasına görə, bu seçkilərdə qalib gəlibdir. Əslində xalq pis və daha pis arasında Zelenskini seçibidr.