Apr 23, 2019 09:57 Asia/Baku
  • Fransada müsəlmanların böyük toplantısı keçirilir
    Fransada müsəlmanların böyük toplantısı keçirilir

Fransa müsəlmanlarının 36-cı böyük toplantısı İslamın davamçılarının geniş iştirakı ilə Parisdə keçirilməkdədir.

"Fransada müsəlmanlar; formalaşmaq üçün gələcək" şüarı ilə Parisin Le-Burje sərgi mərkəzində keçirilən bu konfrans Avropa müsəlmanlarının ən böyük toplantılarından biridir.

Fransa müsəlmanlarından olan Ömər Lesfer bu konfransda yerli hökumətdən istəyibdir ki, İslamofobiyaya qarşı qanunu araşdırsın.

Bu konfransda Fransada müsəlmanların gələcəyi barədə təfəkkür diqqətinin vacibliyi vurğulanıb.

Toplantıda Yeni Zelandiyada və Kanadanın "Kvebek Siti" məntəqəsində məscidlərə qarşı iki terror hücumunun qurbanlarına hörmət ifadə edilərək, belə bir cəhətə təkid olunubdur ki, terrorizm fərq qoylmadan müsəlmanlar və qeyri-müsəlmanları təsir altına alır.

Aprelin 19-da başlanmış bu konfrans dörd gün fəaliyyətdən sonra öz işinə yekun vuracaqdır.

Teqlər