Apr 25, 2019 10:50 Asia/Baku
  • Putin Ş. Koreya ilə münasibətlərin genişləndirilməsini alqışlayıb
    Putin Ş. Koreya ilə münasibətlərin genişləndirilməsini alqışlayıb

Rusiya prezidenti Şimali Koreyanın rəhbəri ilə görüşdə bu ölkə ilə ikitərəfli əlaqə və həmkarlıqların genişləndirilməsini alqışlayıb.

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreyanın rəhbəri Kim Çen In bu gün Rusiyanın Uzaq Şərqdə yerləşən Vladivostok liman şəhərində görüşblər.

Putin deyib: Əminəm ki, bu görüş iki ölkə əlaqələrinin genişlənməsinə və Koreya yarımadasında nüvə məsələsinin həllinə kömək edəcək.

Putin əlavə edib: Rusiya ilə Şimali Koreya arasında iqtisadi və insan əlaqələrinin genişlənməsi üçün daha artıq səy göstərilməlidir.

Putin həmçinin deyib ki, Pxenyan ilə Vaşinqton arasındakı nüvə müzakirələrini izləyəcəkdir.

Kim Çen In da bu görüşdə Koreya yarımadasının vəziyyətinin dünya ictimaiyyətinin diqqət mərkəzində durduğunu bildirərək, ümidvarlıq edibdir ki, bu görüşdə Koreya yarımadasının problemləri yaxşı şəkildə dəyərləndiriləcək və iki tərəf arasında geniş fikir mübadiləsi aparılacaqdır.

Şimali Koreyanın rəhbəri Rusiya prezidenti ilə görüşmək məqsədilə çərşənbə günü Rusiyanın Vladivostok liman şəhərinə daxil olubdur.

Bu görüş Amerika ilə Şimali Koreyanın Koreya yarımadası problemlərinin həlli istiqamətində fevral ayında keçirdikləri müzakirələrin dalana dirənməsinin ardınca təşkil olunur.

Amerika prezidenti Donald Tramp caril milad ilinin fevral ayının sonlarında Vyetnamın paytaxtı Hanoyda Şimali Koreyanın rəhbəri Kim Çen In ilə görüşdü ki, gözləntilərin əksinə olaraq, planlaşdırılmış zamandan tez başa çatdı və hətta bəyanat da yayılmadı.

 

 

Teqlər