Apr 25, 2019 11:18 Asia/Baku
  • Zelenski Moskvaya qarşı mövqe tutub
    Zelenski Moskvaya qarşı mövqe tutub

Ukraynanın yeni seçilmiş prezidenti Moskvanın bu ölkənin şərqində yaşayan rus mənşəlilər barədəki yeni addımına reaksiyada Rusiyaya qarşı sanksiyalar və təzyiqlərin artırılmasını istəyib.

Vladimir Zelenski dünən bir bəyanatda Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində- Donbas-da yaşayan rus mənşəlilərə pasportun verilməsi prosesinin asanlaşdırılması barədəki hökmü ilə bağlı deyib: Kiyev Donbas sakinlərinin hüquqlarını himayə etmək üçün var gücü ilə səy göstərəcək.

Zelenski həmçinin bu bəyanatda Rusiyaya qarşı sanksiyalar  və təzyiqlərin artırılmasını istəyib.

Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko da Rusiyanın bu hərəkətinə reaksiyada bildirib ki, Moskva Donbasdakı sülh prosesini uçurtmaqdadır.

Rusiya prezidenti Vladimir Putin dünən bir hökm imzalayaraq, Ukraynanın şərq sakinləri üçün Rusiya vətəndaşlığı və pasportunu əldə etmək prosesini asanlaşdırıbdır.

Kreml bir bəyanatda bildirib ki, yeni tədbirlərin görülməsində məqsəd, Ukraynanın şərqində yaşayan təqribən dörd milyon rusun insan və vətəndaş azadlıqlarını qorumaqdır.

Vladimir Zelenski ötən bazar günü Ukrayna prezident seçkilərinin ikinci turunda bu ölkənin hazırkı prezidenti Pyotr Poroşenkoya qalib gələ bildi.

Rusiya hökuməti Zelenskinin qələbəsindən sonra bildirdi ki, Kreml ilə Kiyev arasındakı gələcək münasibətlər onun mövqeləri və hərəkətləri əsasında olacaqdır.

 

Teqlər