Apr 26, 2019 14:18 Asia/Baku
  • BAT amerikan koalisiyanın hücumlarında suriyalıların qırğını barədə hesabat yayıb
    BAT amerikan koalisiyanın hücumlarında suriyalıların qırğını barədə hesabat yayıb

Beynəlxalq Amnistiya Təşkilatı xəbər verib ki, ABŞ-ın dəstək verdiyi koalisiyanın hücumları Suriyanın Riqqə şəhərində 1600 sivilin həyatına son qoyub.

Beynəlxalq Amnistiya Təşkilatı və Airwars adlı nəzarətçi qrup bir hesabatda bildiriblər: Sözdə anti-İŞİD beynəlxalq koalisiyasının 2017-ci ildə Suriyanın Riqqə şəhərindəki hücumları 1600-dan çox mülkinin həyatına son qoyubdur.

Bu rəqəm koalisiyanın özünün etiraf etdiyi rəqəmdən onqat çoxdur.

Beynəlxalq Amnistiya Təşkilatı və Londonda yerləşən Airwars qrupu öz hesabatlarını Riqqəyə qarşı ikiaylıq hücumlar daxil olmaqla Suriyada sivillərin tələfatı barədəki onsəkkizaylıq təhqiqata əsasən, təqdim ediblər.

Bu hesabatda vurğulanır ki, tapıntılar insan haqları üzrə beynəlxalq qanunların geniş miqyasda pozulmasından xəbər verir.

Suriyada böhran, regionun parametrlərini sionist rejimin xeyrinə dəyişdirmək niyyəti ilə 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və onların müttəfiqləri tərəfindən dəstəklənən terror qruplarının geniş hücumları ilə başlandı.

Səkkizillik Suriya böhranında bu ölkə əhalisindən 12 milyon nəfərdən çox insan didərgin düşdü.

Suriya ordusu son zamanlar İran İslam Respublikasının hərbi məslhət köməkləri və Rusiyanın himayəsi ilə İŞİD terror qrupunun bu ölkədəki işinə son qoya bildi.

 

Teqlər