May 09, 2019 14:38 Asia/Baku
  • Qutereş: Nüvə anlaşması qorunmalıdır

BMT-nin baş katibi İran ilə nüvə anlaşmasının qorunmasını istədi.

BMT-nin sözçüsü Fərhan həq baş katib Antonio Qutereşə istinadla dedi: Qutereş daim nüvə an laşmasını dünya diplomatiyası üçün böyük bir uğur hesab edib və onun regionda sülh və sabitliyin qorunmasına kömək etdiyinə inanır.

ABŞ-ın nüvə anlaşmasından çıxması və İrana qarşı sanksiyalar tətbiq etməsi habelə, Avropa tərəfinin nüvə anlaşması qarşısındakı öhdəliklərinin icrasında təxirə yol verməsinin ardınca İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü dedi: İran nüvə anlaşması qarşısındakı öhdəliklərinin səviyyəsini azaldacaq.

Teqlər