May 29, 2019 13:49 Asia/Baku
  • Qədr gecəsi dünya ölkələrində
    Qədr gecəsi dünya ölkələrində

Mübarək Ramazan ayının 23-cü gecəsi münasibətilə dünyann müxtəlif ölkələrində Qədr gecəsi mərasimləri keçirilib.

Azərbaycan Respublikası, Türkiyə, Çin, Yaponiya və Malayziyada müsəlman əhali Ramazan ayının 23-cü gecəsində məscidlər və dini məkanlara axın edərək, Qədr gecəsini qeyd ediblər. 

Rusiya, Britaniya, Fransa, Ukrayna və Almaniya müsəlmanları da Qədr gecəsi münasibətilə məscidlər və islam mərkəzlərində olaraq, ibadətlə məşğul olublar. 

Suriyada xanım Zeynəbin(s) məqbərəsi habelə, Rüqəyyə xatın(s) məqbərəsində, Nəcəf şəhərində İmam Əlinin(ə) məqbərəsində və Kərbəlada İmam Həsən(ə) və həzrət Abbasın(ə) məqbərələrində Qədr gecəsi mərasimləri keçirilib. 

Ramazan ayının 19, 21 və 23-cü gecələrinin Qədr gecəsinə təsadüf etdiyi deyilir. Buna görə də müsəlmanlar bu gecələrdə əyha saxlayaraq, ibadətlə məşğul olurlar. 

Teqlər