May 31, 2019 12:21 Asia/Baku
  • Vaşinqton İran - Çin ticarət əlaqələrinə hörmət etsin

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Pekin - Tehran iqtisadi-ticarət əlaqələrini qanuni adlandıraraq, Amerikadan bu əlaqələrə hörmət etməsini istədi.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kanq cümə axşamı Pekində jurnalistlər qarşısında dedi: Çin beynəlxalq qanunlara tabedir və ABŞ-ın İran və ya digər ölkələrə qarşı birtərəfli sanksiyalarını qəbul etmir. 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Honq Konqa xəbərdarlıq etməsi və ondan İranın neft tankerinin yan almasına icazə verməməsini istəməsinə reaksiya olaraq dedi: Çin ABŞ-ın birtərəfli sanksiyalarını qəbul etmir. 

ABŞ Honq Konqa xəbərdarlıq edərək, bildirib ki, Pacific Bravo neft tankeri Honq Konq limanına daxil olarsa, ABŞ-ın sanksiyalarını pozduğu üçün Vaşinqtonun cəza tədbirləri ilə üzləşəcək. 

Çin mediaları cümə axşamı bildirdilər ki, Pekin ABŞ-ın xəbərdarlıqlarına əhəmiyyət verməyərək, İran neftini daşıyan bu tankerə Honq Konq limanına daxil olmaq icazəsi verib. 

Honq Konqun iqtisadiyyat və ticarət idarəsi çərşənbə günü bir bəyanat yayaraq, ABŞ-ın birtərəfli sanksiyalarına əməl etməyəcəyini bildirdi. 

Teqlər