İyun 01, 2019 15:43 Asia/Baku
  • Ermənistanın xarici işlər naziri: Qarabağ müzakirələrində əldə edilən anlaşmalar icra olunacaq
    Ermənistanın xarici işlər naziri: Qarabağ müzakirələrində əldə edilən anlaşmalar icra olunacaq

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Dağlıq Qarabağla bağlı Moskva və Vyana müzakirələrində Bakı və İrəvan arasında əldə edilən anlaşmaların tezliklə icra ediləcəyindən xəbər verdi.

Təsnim xəbər agentliyinin bildirdiyinə görə, Zörhab Mnatsakanyan mətbuat konfransında Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Moskva və Yana müzakirələrində əldə olunan anlaşmaların icrasına dair açıqlamasında dedi: Bəzi ixtilaflı məsələlərə dair Minsk qrupunun həmsədrlərinin iştirakı ilə müzakirələr davam edir. 

Erməmnistanın xarici işlər naziri həmçinin dedi: Qarabağ münaqişəsinin həllinə dair müzakirələr bundan sonra külli nəticələrə malik olacaq. Çünki, əldə edilmiş anlaşmalrın icrasına dair razılıq əldə olunub və icra prosesinə start verilib. 

Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə  Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlandı və 1991-ciildə Ermənistanın Azərbaycana hərbi təcavüzünə səbəb oldu. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Qarabağ və daha yeddi rayon Ermənistan tərəfindən işğal edildi. 

Teqlər