İyun 01, 2019 18:57 Asia/Baku
  • Rusiya Avropanın sanksiyalarına qarşılıq verdi
    Rusiya Avropanın sanksiyalarına qarşılıq verdi

Rusiya hökuməti Avropa Birliyinin sanksiyalarına cavab olaraq bəzi Avropa müəssisələri və şəxsiyyətlərinə qarşı cəza tədbirləri tətbiq etdi.

Sinxua xəbər agentliyinin bildirdiyinə görə, Rusiyanın Xarici İşlər Nazirliyi cümə günü bir bəyanat yayaraq bildirdi: Moskva Avropa Birliyinə qarşı cəza tədbirləri nəzərdə tutmaq qərarına gəlib. Bu məlumata görə, Rusiya Avropanın sanksiyalarına cavab olaraq bəzi Avropa müəssisəsi və şəxsiyyətlərinə qarşı cəza tədbirləri nəzərdə tutub. 

Rusiya Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, bu bəyanatda deyilir: Avropa Birliyinin Rusiya şirkətləri və vətəndaşlarına qarşı sanksiyaları heç bir əsası olmayan ittihamlara əsaslanır. 

Avropa Birliyi son zamanlar bir qrup Rusiya şirkəti və vətəndaşının adını sanksiyalar siyahısına daxil edərək, onların Avropa Birliyi ərazisinə səfər etmələrini qadağan edib. 

Bu sanksiyaların ardınca Rusiya da 170 avropalı və 44 Avropa şirkətinin mal varlığını dondurmaq və Rusiyaya səfərlərini qadağan etmək istədiyini bildirib. 

Avropa Birlyi və ABŞ 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsinin ardınca Rusiyaya qarşı sanksiyalar tətbiq etdilər. 

Bu sanksiyalar davamlı olaraq Moskvanın qarşılıqlı addımları ilə üzləşib. 

Teqlər