İyun 04, 2019 09:30 Asia/Baku
  • Çin bir daha bütün tərəflərin nüvə anlaşmasına sadiq olmalarını vurğulayıb
    Çin bir daha bütün tərəflərin nüvə anlaşmasına sadiq olmalarını vurğulayıb

Çin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə anlaşmasına sadiq olması barədəki hesabatını alqışlayaraq, bu anlaşmanın digər tərəflərinin öz öhdəliklərini icra etmələrini istəyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qanq Tsuanq müxbirlər qarşısında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 15-ci dəfə İranın nüvə anlaşmasına sadiq qaldığını bildirməsini Tehranın bu anlaşmaya sədaqətinin bəyanedicisi adlandırıb və belə əlavə edib: Çinin nüvə anlaşması ilə bağlı bütün tərəflərlə əməkdaşlığı davam edəcək və Pekin şiddətlə öz qanuni hüquq və maraqlarını qoruyub saxlayacaqdır.

Qanq Tsuanq deyib: İranla nüvə anlaşmasının BMT Təhlükəsizlik Şurasının qətnaməsi olaraq tam və təsirli icrası, dünya ictimaiyyətinin ortaq maraqlarını təmin edən İranın nüvə məsələsinin həlli və gərginliyin azaldılması üçün yeganə nəzərəçarpacaq yoldur.

Teqlər