İyun 08, 2019 09:19 Asia/Baku
  • Rusiyanın dünyadakı mühüm rolunu vurğulayıb
    Rusiyanın dünyadakı mühüm rolunu vurğulayıb

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş dünən Sankt-Peterburqda Rusiya prezidenti ilə görüşdə bu ölkənin dünyadakı mühüm rolunu vurğulayıb.

Antonio Quterreş bu görüşdə BMT-yə və çoxvektorluluğa dəstək istiqamətində Rusiyanın mühüm rolunu vurğulayaraq, bildirib ki, Rusiya beynəlxalq səhnədə həlledici bir oyunçudur.

Quterreş müxtəlif sahələr üzrə zəruri mövzular və dünyanın müxtəlif məntəqələrindəki böhranlı durum barədə Birləşmiş Millətlər Təşkilatının Rusiya hökuməti ilə sıx məşvərətinin qorunub saxlanılmasını istəyib.

Vladimir Putin də iki tərəfin müxtəlif sahələrdəki əməkdaşlığına toxunub. Bildirib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünyada aktiv və konstruktiv rol oynayır.

 

Teqlər