İyun 08, 2019 18:55 Asia/Baku
  • Çin-Rusiya iqtisadi konfransı keçirilib
    Çin-Rusiya iqtisadi konfransı keçirilib

Çin-Rusiya iqtisadi konfransı Çin prezidenti Si Tszinpin və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib.

Çin prezidenti bu konfransda iki ölkənin səmimi əlaqələrinə toxunaraq, deyib: Çin və Rusiya beynəlxalq nizam-intizamı qorumaq üçün həmkarlıq və koordinasiyanı gücləndirərək, ədalətli, insaflı, məntiqli və müntəzəm surətdə müsbət rol oynayıblar.

Vladimir Putin də bu konfransı iki ölkənin neft və qaz, elektrik və emal oluna bilinən enerjilər sahəsindəki həmkarlığını araşdırmaq üçün mühüm bir platforma adlandırıb və belə deyib: Rusiya və Çin enerji texnologiyasının inkişafı, ticarət və enerji infrastrukturlarının yaradılmasında nailiyyətlər əldə ediblər və iki ölkənin neft və qaz layihələri qərara alınmış vaxtda inkişaf edibdir.

Çin-Rusiya iqtisadi konfransı 23-cü Sankt-Peterburq iqtisadi konfransının kənarında keçirilib.

Teqlər