İyun 11, 2019 15:55 Asia/Baku
  • Paşinyan: Ermənistandakı keçənilki olaylar xarici müdaxilə olmadan həyata keçibdir
    Paşinyan: Ermənistandakı keçənilki olaylar xarici müdaxilə olmadan həyata keçibdir

Ermənistanın baş naziri Nikol Paşinyan dünən deyib ki, ötən il bu ölkədə keçirilən dinc etiraz nümayişləri xarici müdaxilə olmadan həyata keçibdir.

News.am xəbər portalının məlumatına görə, Paşinyan İrəvanda Ermənistan-İtaliya ticarət cəmiyyətinin yığıncağında əlavə edib: Ötən il Ermənistanda baş vermiş diqqətəlayiq siyasi dəyişikliklər xarici müdaxilə olmadan həyata keçməkdən əlavə, dinc və qan tökülmədən oldu ki, bu da, etirazçıların sayıqlığının nişanəsi idi.

Təqribən bir il bundan öncə həftələr boyu anti-hökumət aksiyalarının ardınca Ermənistandakı xalq etirazları qələbə çaldı. Bu olayların ardınca 2008-ci ildən 2018-ci ilədək Ermənistanın prezidenti olmuş və əsas qanunu islah edərək, yeni ixtiyarlara malik olan baş nazirlik vəzifəsinə yiyələnmək ardınca olan Serj Sarkisyan nəhayət istefa verməyə məcbur oldu.

O zaman müxalifətə rəhbərlik edən Nikol Paşinyan az sonra seçilmiş baş nazir kimi hakimiyyətə gələrək, nazirlər kabinetini təşkil etdi.

Teqlər