İyun 16, 2019 19:08 Asia/Baku
  • Trampın impiçmenti üçün Amerikada ümumölkə aksiyası keçirilib
    Trampın impiçmenti üçün Amerikada ümumölkə aksiyası keçirilib

Amerikanın təqribən 130 şəhərinin sakinləri aksiyalar keçirərək, bu ölkə prezidentinin impiçment edilməsini istəyiblər.

Amerika vətəndaşlarının bu ölkə prezidenti Donald Trampın siyasətlərinə qarşı ümumölkə etirazları Trampla müxalif müxtəlif qruplar vasitəsilə planlaşdırılıbdır.

Bu qrupların bildirdiklərinə görə, aksiya Trampın hərəkətlərini tənqid və onun impeçment edilməsini tələb etmək məqsədilə keçirilib.

“Trampı impiçment edin!” qrupunun vebsaytı bu barədə bildirib ki, Trampın Amerika cəmiyyətindən və digər cəmiyyətlərdən sui-istifadə etməsi prezidenti müqəssir saymaq gücü və məsuliyyətinə malik olan konqres tərəfindən atılacaq addıma ehtiyaclıdır.

“Merkeri Nyus” vebsaytı da xəbər veribdir ki, Kaliforniyanın cənubunda Trampa qarşı 140-dan çox müxtəlif toplantı keçirilibdir.

Digər xəbər saytları da bildiriblər ki, Oreqon, Vaşinqton, Masaçuset və Kolorado ştatlarının şəhərlərində etirazlar keçirilib. Bu etirazların bəzilərində etirazçılar hava şarı formasında körpə Trampı göyə uçurdublar.

Amerikada xalq etirazları elə bir halda keçirilibdir k, Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə iddia olunan müdaxiləsi işi üzrə xüsusi müstəntiq Robert Müllerin hesabatının yayılması ilə Donald Trampın impiçment edilməsi prosesinin başlanması üzrə təzyiqlər artıbdır.

 

 

Teqlər