İyun 21, 2019 20:21 Asia/Baku
  • Kreml ABŞ-ın Fars Körfəzində gərginlik yaratması haqda xəbərdarlıq edib

Kremlin sözçüsü Amerikanın Fars Körfəzində gərginlik yaratmaq üzrə hərəkətləri haqda xəbərdarlıq edib.

Kremlin sözçüsü Dmitri Peskov bu gün Amerikanın Fars Körfəzində gərginlik yaratmaq üzrə hərəkətləri barədə xəbərdarlıq edib və bu prosesə son qoyulmasını istəyib.

Bundan öncə də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov demişdi ki, Amerika qəsdən İran ətrafında təhlükəli gərginliklərə rəvac verir və şəraiti savaşa doğru sövq etdirir.

İyunun 20-də Amerikanın "Qlobal Hauk" tipli casusluq pilotsuzu İran İslam Respublikasının ərazi bütövlüyünü pozduqdan sonra İranın cənubunda yerləşən Hormozqan vilayətinin sahillərində İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin zenit raket sistemi ilə vurularaq, yerə salındı.

Amerikalılar öncə bu barədə təzadlı mövqelər tutmuşdular, amma nəhayət ABŞ ordusunun baş qərargahı bu pilotsuzun vurulmasını rəsmən təsdiq edibdir.

"Qlobal Hauk" çox yüksəklikdə uçan dünyada istifadə olunan ən böyük pilotsuzdur. Ekspertlər deyirlər ki, bu pilotsuzun vurulması İranın yüksək hava hücumundan müdafiə qüdrətini göstərir.

 

Teqlər