İyun 23, 2019 13:41 Asia/Baku
  • ABŞ dövlət katibinin İran barədəki çeynənmiş iddiaları və cəfəngiyyatları
    ABŞ dövlət katibinin İran barədəki çeynənmiş iddiaları və cəfəngiyyatları

Amerikanın dövlət katibi Röyters-in bu ölkənin Oman vasitəsilə İrana müzakirə mesajı göndərmək üzrə səyi barədəki məlumatını təkzib və iddia edibdir ki, Vaşinqton münasib zamanda anlaşma istəyir.

Mayk Pompeo dünən axşam bir mətbuat müraciətində bildirib ki, onun iddiasına görə, İranın zorakılıqdan əl çəkərək, Vaşinqtonun diplomatiyasına diplomatiya ilə cavab vermək qərarına gələcəyi zamanadək bu ölkəyə qarşı maksimum təzyiq kəskinləşəcəkdir.

Pompeo sonra Oman dənizində iki tankerin partlaması, eləcə də İran İslam Respublikasının ərazi bütövlüyünü pozmuş Amerikanın təcavüzkar casusluq pilotsuzunun vurulması haqdakı öncəki iddialarını təkrar edib.

Pompeo eyni zamanda Amerikanın birtərəfli və qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasına işarə etmədən Vaşinqtonun Yaponiyanın baş nazirinin səfərində Tehrana mesaj göndərmək üzrə cəhdinin uğursuz qalmasından təəssüf ifadə edib.

"İrandisinfo" layihəsinin mahiyyətinin ifşa olunması ilə onun büdcəsini kəsməyə məcbur olan Amerikanın dövlət katibi deyib ki, bu layihəni davam etdirəcəkdir.

ABŞ dövlət departamentindəki "beynəlxalq fəaliyyət bölməsi"nin fəaliyyətlərinin bir hissəsi olan "İrandisinfo" layihəsi virtual mühitdə İranla mübarizə məqsədi güdür.

Teqlər