İyun 27, 2019 20:37 Asia/Baku
  • ABŞ-da son rəy sorğularının nəticələri göstərir ki, ABŞ xalqının 60 faizi Trampın fəaliyyətindən razı deyil

ABŞ-da son rəy sorğularının nəticələri göstərir ki, ABŞ xalqının 60 faizi bu ölkə prezidentinin xüsusiylə də xarici siyasətdəki fəaliyyətindən fəaliyyətindən razı deyil.

Fransanın İPSOS müəssisəsi ilə Röytersin müştərək apardıqları son rəy sorğusunun nəticələrinə görə amerikalıların sadəcə 40 faizi Donald Trampın xarici siyasətindən razıdır. 

Bu rəy sorğusuna görə, sadəcə 39 faiz amerikalı Trampın İrana münasibətini təsdiqləyir və sadəcə 32 faiz Amerikanın ümumi mövqeyindən razıdır. 

Bu rəy sorğusunun nəticələri həmçinin göstərir ki, Trampın fəaliyyətindən ümumi razılıq göstəricisi bir neçə ay öncəkindəki kimi qalaraq 41 faiz təşkil edir və Trampın fəaliyyətindən razılıq məsələsində Respublikaçılar 84 Demokratlar isə 8 faizlə öz aralarındakı məsafəni nümayiş etdirirlər. 

Teqlər