İyun 29, 2019 12:27 Asia/Baku
  • Çinin Vyana iclası barədəki rəvayəti: İran nüvə anlaşmasında qalacaq
    Çinin Vyana iclası barədəki rəvayəti: İran nüvə anlaşmasında qalacaq

Çinin nüvə anlaşması üzrə birgə komissiyadakı nümayəndəsi deyir ki, İran nüvə anlaşmasında qalacağına dair uzun və aydın bir mesaj göndəribdir.

Fu Kunq nüvə anlaşması üzrə birgə komissiyanın dünənki iclasının sonunda deyib: Avropa Birliyi deyir ki, Tehranla ticarətin davam etdirilməsi məqsədilə mürəkkəb bir mexanizm həyata keçirilibdir.

Bu çinli rəsmi həmin iclasdan öncə də bildirmişdi ki, Pekin Amerikanın İrana qarşı sanksiyalarına tabe olmayacaq və bu ölkənin neft ixracatının sıfıra endirilməsi siyasətini qəbul etmir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da nüvə anlaşmasının digər tərəflərinin Amerikanın İrana qarşı birtərəfli sanksiyaları qarşısında müqavimət göstərmələrini istəyibdir.

Ryabkov İNSTEKS-in həyata keçirilməsinə işarə edərək, deyib: Moskva bu məsələni alqışlayır, amma bu, yalnız ilkin addımdır.

Avropa Birliyinin Xarici Hərəkət Xidmətinin baş katibi və bu birliyin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerinin müavini Helqa Şmidt nüvə anlaşması üzrə birgə komissiyanın iclasından sonra twitter-də yazıb: İNSTEKS hazırda icra olunur. Birinci tranzaksiya həyata keçirilməkdədir və Avropa Birliyinin daha çox üzvü ona qatılacaqdır.

Belə bir halda, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyyed Əbbas İraqçı nüvə anlaşması üzrə birgə komissiyanın iclasından sonra bu iclası müsbət adlandırıb, amma belə deyib: Tehranın nüvə anlaşması barədəki mövqeyinin dəyişməsi üçün baş vermiş irəliləyiş yetərli deyil və Avropa ölkəlləri ciddi şəkildə İran neftinin satışı məsələsini nəzərdə tutmalıdırlar.

 

 

 

Teqlər