İyun 30, 2019 11:58 Asia/Baku
  • Trampın yeni iqtisadi iddiası: Hamı məni təbrik edir!
    Trampın yeni iqtisadi iddiası: Hamı məni təbrik edir!

Amerika prezidenti yeni bir iddiada bildiribdir ki, iyirmilər qrupunun sammitində bütün ölkələrin dövlət başçıları onun hökumətinin iqtisadi irəliləyişinə görə, onu təbrik deyirdilər.

Donald Tramp Yaponiyada 20-lər qrupunun zirvə toplantısında iştirakdan sonra öz twitter səhifəsində yazıb: 20-lər qrupunun sammitdə iştirak edən hər bir ölkənin dövlət başçısı mənimlə görüşündə bizim böyük iqtisadiyyatımız ilə bağlı məni təbrik edirdi.

Tramp əlavə edib: Bir çox ölkələr bu sahədə problemlərə malikdirlər, amma biz, dünyanın ən yaxşı iqtisadiyyatına malikik ki, bu da gələcək üçün böyük və məhdudiyyətsiz imkanlar deməkdir.

Trampın bu twitt-i elə bir halda yayılıbdır ki, Amerika xəzinədarlıq nazirliyinin bildirdiyinə görə, bu ölkə hökumətinin Tramp dövründəki borcları 22 trilyon dolları ötüb keçibdir. Bu da son onillikdə Amerika hökumətinin ikiqat borc artımından xəbər verir.

Teqlər