İyul 02, 2019 07:47 Asia/Baku
  • İngiltərə İranın zənginləşdirilmiş uran ehtiyatlarının artmasına reaksiya verib
    İngiltərə İranın zənginləşdirilmiş uran ehtiyatlarının artmasına reaksiya verib

İngiltərənin xarici işlər naziri iddia edib ki, bu ölkə nüvə anlaşmasının təsirli icrasına kömək etməyə sadiqdir.

İngiltərənin xarici işlər naziri bildirib ki, London nüvə anlaşması çərçivəsində Tehranla əməkdaşlığın davam etməsinə sadiq qalacaq və regional gərginliyin azaldılması üçün özünün bütün diplomatik vasitələrindən istifadə edəcək.

Ceremi Hant İranın zənginləşdirilmiş uran ehtiyatlarının artmasına reaksiyada və avropalıların nüvə anlaşması üzrə öhdəliklərinin icrasındakı sədaqətsizliklərinə işarə etmədən İrandan istəyibdir ki, nüvə anlaşması hüdudlarından kənar hər cür artıq addımdan çəkinsin və anlaşmaya sadiq qalsın.

Belə bir halda, İngiltərənin istefa vermiş baş naziri Tereza Meyin sözçüsü də bildiribdir ki, London nüvə anlaşmasının qorunması üçün öz şərikləri ilə həmkarlığını davam etdirəcək.

Teqlər