İyul 02, 2019 21:36 Asia/Baku
  • Nigeriyada tanker partlayışında 50 nəfər ölüb
    Nigeriyada tanker partlayışında 50 nəfər ölüb

Nigeriyanın bir kəndində tanker partlayışı əlli nəfərin həyatına son qoyub.

Bu gün Nigeriyanın Beneo əyalətinin Ahumbe kəndində bir tankerin partlamasında azı əlli nəfər həlak olub, yetmiş nəfər də yaralanıbdır.

Bu partlayış Ahumbe kəndi əhalisinin qəzaya uğramış bir yük maşınından yanacaq götürmək istəyərkən baş verib.

Bu hadisə buna oxşar hadisədən bir ay sonra baş verib. Əvvəlki hadisədə 55 nigeriyalı həlak olmuşdu.

Teqlər