İyul 03, 2019 10:07 Asia/Baku
  • Sibirdə sel tələfatı artıb
    Sibirdə sel tələfatı artıb

Rusiya rəsmiləri dünən bildiriblər ki, Sibirin cənub-şərqində güclü leysan yağışları və dağıdıcı daşqının baş verməsi indiyədək 18 nəfərin ölümünə səbəb olub.

Daxil olan məlumatlara görə, 17 nəfər də hələ itkindir. İtkinlərin axtarışı davam edir.

Rusiya baş nazirinin müavini Vitali Mutko bundan öncə Sibirdə daşqın qurbanlarının sayını on iki nəfər elan etmişdi.

Bu hadisə nəticəsində 751 nəfər də zərər çəkibdir ki, onların 153 nəfəri xəstəxanaya yatırılıbdır.

İndiyədək Sibirdə yerləşən İrkutsk şəhərinin müxtəlif məntəqələrindəki 83 rayon və kənd daşqından zərər çəkib və təqribən 33 min nəfər daşqına məruz qalmış məntəqələrdən boşaldılıbdır.

Teqlər