İyul 04, 2019 11:28 Asia/Baku
  • Trampa qarşı geniş etirazlar
    Trampa qarşı geniş etirazlar

Amerikanın istiqlaliyyətinin ildönümünün yaxınlaşması ilə bir zamanda paytaxt Vaşinqton bu ölkə prezidentinə qarşı etirazların şahididir.

"Kod Pink" adlı amerikan anti-müharibə qrupu dünən bildirib ki, Amerika prezidenti Donald Trampın siyasətlərinə etiraz olaraq, bu gün 4 iyul istiqlal gününün ildönümü mərasimində etiraz aksiyası keçirəcək.

Amerika prezidentinin ekoloji siyasətlərinə qarşı çıxan digər bir qrup da çərşənbə axşamı günündən bəri Ağ Ev qarşısında aksiya keçirərək, Amerika prezidentinin siyasətlərinin, xüsusən ekologiya sahəsindəki siyasətlərinin yenidən nəzərdən keçirilməsini istəyibdir.

Vaşinqtondakı ən fəal etirazçı qrupları anti-müharibə qrupları təşkil edirlər. Onlar Vaşinqtonda Trampın çıxışı ilə bir zamanda "körpə Tramp" şarını havaya buraxacaqlarına söz veriblər.

Donald Tramp Amerika daxilində çoxlu tənqidlərlə üzləşir və onun tənqidçilərindən bir çoxu bu qənaətdədir ki, onun siyasətləri və proqramları Amerika ictimaiyyətində hərc-mərclik, ikitirəlik və parçalanmaya bais olubdur.

Teqlər