İyul 04, 2019 17:44 Asia/Baku
  • Demokratlar Trampın impiçment edilməsini istəyiblər
    Demokratlar Trampın impiçment edilməsini istəyiblər

Son rəy sorğusunun nəticələri göstərir ki, Amerika demokratları bu ölkə prezidentinin impiçment edilməsini istəyirlər.

"Qalup" müəssisəsinin rəy sorğusu göstərir ki, demokratların 81 faizi Amerika prezidenti Donald Trampın impiçment edilməsini istəyir.

Bu rəy sorğusu göstərir ki, respublikaçılar  bütövlükdə özlərinin partiya silahdaşı olan prezidentin impiçment edilməsinə o qədər də maraq göstərmirlər. Müstəqil partiyaların tərəfdarlarından 46 faiz də Trampın impiçment edilməsini istəyibdir.

Bu rəy sorğusu həmçinin göstərdi ki, Trampın reytinqi təkcə 41 faizdir.

"Qalup"un rəy sorğusu iyunun 19-dan 30-dək keçirilibdir.

Bu rəy sorğusu elə bir halda keçirilir ki, hələ də konqresdə Trampın impiçment edilməsinin başlanması barədə mövqelər bildirilməkdədir.

Teqlər