İyul 05, 2019 17:35 Asia/Baku
  • C. Konte Rusiyanın beynəlxalq məsələlərdəki mühüm rolunu vurğulayıb

İtaliyanın baş naziri Rusiya prezidenti ilə görüşdən sonra iki ölkənin yaxşı əlaqələrinə və Moskvanın beynəlxalq olaylardakı təsirli roluna təkid edib.

Cüzeppe Konte bu gün Romada Rusiya prezidenti Vladimir Putin ilə görüş və müzakirədən sonra deyib ki, İtaliya və Rusiya ikitərəfli əlaqələri genişləndirəcəklər.

İtaliyanın baş naziri əlavə edib: Putinlə razılığa gəlinib ki, Liviyadan tutmuş Suriyayadək olan, həmçinin Ukrayna və Venesuela kimi ən mühüm regional böhranların həllinə kömək edəcək müzakirə üçün əhatəli münasibət vacibdir.

Cüzeppe Kontenin sözlərinə görə, Moskva bu böhranların həllində mühüm rol oynayır.

Rusiya prezidenti İtaliya rəsmiləri ilə görüşmək üçün dünən Romaya daxil olub. O, İtaliyanın prezidenti Sercio ilə görüşərək, müzakirə edibdir.

Kontenin Rusiya barədəki müsbət sözləri elə bir halda irəli sürülübdür ki, o və digər italiyalı rəsmilər dəfələrlə Moskvanın beynəlxalq parametrlərdəki mühüm rolunu vurğulayıb və bir neçə dəfə də Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarının aradan qaldırılması vacibliyindən danışıblar. Bu sanksiyalar Ukrayna böhranı kimi müxtəlif dəlillərə görə, tətbiq olunubdur.

Teqlər