İyul 07, 2019 08:44 Asia/Baku
  • Alman rəsminin İranın nüvə anlaşması ilə bağlı ultimatumuna reaksiyası
    Alman rəsminin İranın nüvə anlaşması ilə bağlı ultimatumuna reaksiyası

Almaniyanın xarici işlər üzrə müşavir naziri İranla nüvə anlaşmasına dəstək verərək, deyib ki, bu anlaşma indiyədək öz hədəflərinə nail ola bilibdir.

Almaniyanın xarici işlər üzrə müşavir naziri Nils Annen bu ölkənin "Di Volt" jurnalı ilə müsahibədə İranın öz öhdəliklərinə əməl etməyi azaltmağa dair ultimatumu ilə bağlı deyib ki, İranın nüvə anlaşmasında qərara alınmış məsələyə yenə də əməl edəcəyini gözləyir.

Nils Annen bildirib ki, İran çoxdandır Amerikanın nüvə anlaşmasından çıxmasına reaksiya vermək istəyir. O, əlavə edib: İranın 2015-ci il nüvə anlaşmasından iqtisadi maraqlar əldə etmək üzrə gözləntilərinin həyata keçməməsinə görə atdığı bu addımını dərk edirik.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyulun birində avropalıların nüvə anlaşmasındakı sədaqətsizliklərinə toxunaraq, dedi: İran nüvə anlaşmasının 36-cı maddəsinə əsasən, zənginləşdirilimş 300 kiloqram uran həddini keçibdir.

Teqlər