İyul 08, 2019 07:42 Asia/Baku
  • Sağçı

Yunanıstan parlament seçkilərinin ilkin nəticələri göstərir ki, sağçı və mühafizəkar "Yeni Demokratiya" partiyası digər partiyalardan, xüsusən hakim solçu SİRİZA partiyasından öndə gedir.

Yunanıstan parlament seçkilərinin ilkin nəticələrinə əsasən, "Yeni Demokratiya" partiyası səslərin 39,8 faizini əldə edib, halbuki hakim SİRİZA partiyası səslərin 31 faizini qazanıbdır.

"Yeni Demokratiya" partiyası əldə etdiyi nəticə ilə nazirlər kabinetinin təşkili üçün koalisiya şərikinə ehtiyac duymur.

Həmçinin "PASOK" sosialist partiyası səslərin yeddi, solçu KKA partiyası isə səslərin 6,5 faizini əldə edə biliblər.

Yunanıstan parlament seçkilərinin yekun nəticələri bu gün günortadan öncə elan olunacaq.

Təqribən on milyon yunan bu seçkilərdə iştirak şəraitinə malik idi.

"Yeni Demokratiya" partiyasının sədri Karyakas Mitsurtakis xalqa iqtisadi inkişaf, vergilərin azaldılması, xarici investisiyaların asanlaşdırılması, iş yerlərinin yaradılması və bürokratiyanın aradan qaldırılması vədlərini veribdir.

Yunanıstan iqtisadi böhrandan əziyyət çəkir və o, iqtisadi islahatlar şüarı ilə seçki rəqabətinə daxil olubdur.

Teqlər