İyul 08, 2019 21:29 Asia/Baku
  • Yunanıstanın yeni baş naziri and içib

"Yeni Demokratiya" partiyasının lideri Yunanıstanın yeni baş naziri kimi and içib.

"Yeni Demokratiya" partiyasının sədri Karyakas Mitsurtakis bu gün prezident sarayına gələrək, and içib və Yunanıstanın yeni baş naziri kimi işə başlayıbdır.

Sağçı "Yeni Demokratiya" partiyası dünən səslərin 39,8 faizini əldə edərək, ümumi seçkilərin qalibi oldu və bu ölkə parlamentindəki 300 yerdən 158 yer əldə etdi.

Beləliklə, "Yeni Demokratiya" partiyasının digər bir partiya ilə koalisiya yaratmağa ehtiyacı yoxdur və mütləq şəkildə hakimiyyəti dörd il müddətinə ələ alıbdır.

Yunanıstanın seçilmiş baş naziri bildiribdir ki, sabah öz nazirlər kabinetinin üzvlərini tam şəkldə təqdim edəcək və çərşənbə günü bu ölkə parlamentində and içəcək. Bununla da rəsmi şəkildə fəaliyyətə başlayacaq.

Seçkilərdə məğlub olmuş sabiq baş nazir Aleksis Siprasın rəhbərlik etdiyi SİRİZA partiyası səslərin 31 faizini əldə edərək, 88 parlament yerinə sahib çıxıbdır.

Teqlər