İyul 09, 2019 20:10 Asia/Baku
  • AB və Avropa üçlüyünün anti-İran bəyanatı
    AB və Avropa üçlüyünün anti-İran bəyanatı

Avropa Birliyi, həmçinin İngiltərə, Fransa və Almaniyadan ibarət Avropa Üçlüyü Amerikanın və nüvə anlaşmasındakı avropalı tərəflərin sədaqətsizliklərinə işarə etmədən bir tərəfbazlıq bəyanatı yayaraq, İrandan istəyiblər ki, nüvə anlaşmasına sadiq qalsın.

Avropa Birliyi, həmçinin İngiltərə, Fransa və Almaniyadan ibarət Avropa Üçlüyü bu gün bir bəyanat yayaraq bildiriblər ki, İrandan nüvə anlaşmasını zəiflədəcək artıq addımlar atmamasını istəməyi davam etdirəcəyik.

Bu bəyanatda deyilir: İrandan istəyirik ki, nüvə anlaşması ilə uyuşmayan bütün fəaliyyətləri, o cümlədən aşağı səviyyələrdə zənginləşdirilmiş uran istehsalını əvvəlki  vəziyyətə qaytarsın.

Avropa Birliyi Komissiyası da bu gün bir bəyanatda Vaşinqtonun və onun avropalı müttəfiqlərinin nüvə anlaşmasındakı vədlərinə xilaf çıxmaları nəticəsində İranın bu anlaşmadakı öhdəliklərini azaltmaq sahəsindəki ikinci addımına reaksiyada bildirib: İranı nüvə analşmasını zəiflətməməyə təşviq etməkdə davam edəcəyik.

İran nüvə anlaşmasındakı öhdəliklərini yerinə yetirmələri üçün Qərb ölkələrinə verdiyi 60 günlük möhlətin başa çatması ilə iyulun 7-də bu anlaşmadakı öhdəliklərini azaltmaq sahəsindəki ikinci addımı atdığını elan etdi.

Teqlər