İyul 10, 2019 07:28 Asia/Baku
  • Hant Trampa kəskin cavab verib
    Hant Trampa kəskin cavab verib

London və Vaşinqton rəsmiləri arasında höcətləşmənin yüksəlməsi ilə bir zamanda İngiltərənin xarici işlər naziri Ceremi Hant ABŞ prezidenti Donald Trampın İngiltərənin istefa vermiş baş nazirinə qarşı ifadələrini utancverici adlandırıb.

Ceremi Hant dünən twitter-də bir mesaj qoyaraq, Donald Trampın İngiltərənin istefa vermiş baş naziri Tereza Meyə qarşı ifadələrini utancverici və səhv hərəkət adlandırıb və iki ölkənin diplomatik əlaqələrində hörmətə təkid edib.

Amerika prezidenti twitter-də bir mesaj qoyaraq, Tereza Meyi kəskin şəkildə tənqid edib və onun baş nazirlik dövrünün bitməsinə görə, sevindiyini bildiribdir.

Tramp həmçinin Tereza Meyin breksit ilə bağlı fəaliyyətini axmaqcasına fəaliyyət adlandırıb.

Londonda çıxan "Daily Mail" qəzeti bazar günü yazmışdı ki, İngiltərənin Vaşinqtondakı səfiri ilə Tereza Meyin ofisi arasındakı yazışmalardan gizli sənədlər əldə edibdir. Qəzetin yazdığına görə, səfir həmin yazışmalarda Trampı məntiqsiz, dəmdəməki və yaramaz bir lider adlandırıbdır. Trampın Meyə qarşı şifahi hücumu da məhz ondan sonra başlanıbdır.

Teqlər