İyul 10, 2019 12:00 Asia/Baku
  • Venesuela: Amerika sülh müzakirələrini pozmağa çalışır
    Venesuela: Amerika sülh müzakirələrini pozmağa çalışır

Venesuelanın xarici işlər naziri Amerikanı Venesuelanın hökumətilə müxalifləri arasındakı müzakirələri pozmağa çalışmaqda ittiham edib.

Venesuelanın xarici işlər naziri Xorxe Ariza dünən bir twitter mesajında yazıb: Amerikanın Venesuelaya qarşı bütün hücum metodlarının uğursuz qalmasından sonra Donald Tramp hökuməti, Venesuelanın hökuməti ilə müxaliflər arasındakı siyasi müzakirələr prosesini pozmaq niyyətindədir.

Bu venesuelalı rəsmi vurğulayıb ki, Amerika öz savaş qrafikasını qəbul etdirmək niyyətindədir. O, məqsədinin Amerikanın hansı hərəkəti olduğunu bildirməyib.

Ariza Xuan Quaydonun başçılıq etdiyi Venesuela hökuməti müxaliflərinin nümayəndələrilə müzakirə üçün Venesuela prezidenti Nikolas Maduro tərəfindən Barbadosa göndərilmiş nümayəndə heyətinin üzvlərindən biridir.

Maduro dünən Venesuelanın hazırkı böhranının həllinə və sülhə nail olmaq məqsədilə hökumət ilə müxaliflərin mövqelərinin yaxınlaşmasını istəyib.

Maduronun nöqteyi-nəzərincə, Amerika 2017-ci ilin sonları və 2018-ci ilin əvvəllərində Dominikan Respublikasında baş tutmuş hökumətlə müxaliflər arasındakı müzakirələrin uğursuz qalmasında məsuliyyət daşıyır.

Teqlər