İyul 16, 2019 21:31 Asia/Baku
  • Moqerininin qeyri-diplomatik hərəkəti
    Moqerininin qeyri-diplomatik hərəkəti

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi qeyri-diplomatik bir hərəkətdə öz twitter səhifəsində İran İslam Respublikası barədə saxta bir xəritədən istifadə edibdir.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini öz twitter hesabında dünya xəritəsi adında bir təsvirdən istifadə edibdir. Amerikan "böyük Yaxın Şərq" layihəsinə əsaslanan bu xəritədə İran kiçik hissələrə ayrılıbdır.

Bu təhqiredici təsvirin Federika Moqerininin twitter hesabında yayılması virtual mühit istifadəçilərinin hiddətini doğurubdur.

Avropa Birliyinin sözçüsü Maya Kotsiyançiç bu etirazlara cavabda bildiribdir ki, Federika Moqerininin twitter səhifəsində istifadə olunmuş xəritə sırf bədii əsər olaraq, heç bir siyasi mesaja malik deyildir.

Teqlər