İyul 17, 2019 08:02 Asia/Baku
  • ABŞ konqresinin nümayəndələr palatasında Trampın rasist sözlərini pisləyən qətnamə qəbul olunub
    ABŞ konqresinin nümayəndələr palatasında Trampın rasist sözlərini pisləyən qətnamə qəbul olunub

ABŞ konqresinin nümayəndələr palatası dünən gecə bu ölkənin prezidenti Donald Trampın konqres üzvlərinə qarşı rasist sözlərini pisləyən qətnamə qəbul edib.

Bu qətnamə 240 lehinə və 187 əleyhinə səslə qəbul olunub.

Qətnamədə vurğulanıb ki, ABŞ konqresinin nümayəndələr palatası Donald Trampın yeni amerikalıların və rənglidərililərin qorxusu və nifrətinə qanunilik verərək, onların artmasına səbəb olan rasist sözlərini pisləyir.

Amerika prezidenti bazar günü bir rasist twitter mesajında konqresə üzv Fələstin, Somali və Puerto-Riko əslli dörd qadının öz ölkəsinə geri dönməsini istəmişdi.

Ötən həftə ABŞ konqresinə üzv bir qrup demokrat qrup Amerika-Meksika sərhədində olduqdan sonra konqres komitələrindən birində Trampın mühacirət siyasətlərinə qarşı şəhadət verib. Bu hərəkət nəticəsində ağdərili sayılmayan dörd qadın nümayəndə Trampın hücumuna məruz qalıb.

Trampın son təhqiredici və rasist sözləri konqres üzvləri və ABŞ siyasətçilərinin hiddətinə səbəb olub. Onların bir çoxu Trampın üzr istəməsini tələb edibdir.

Trampın prezidentlik dövrünün başlanması ilə Amerikada sağçı ifratçı və rasist qrupların fəaliyyətləri nəzərəçarpacaq dərəcədə artıbdır.