İyul 17, 2019 15:29 Asia/Baku
  • Tramp Türkiyə ilə çıxılmazlığı məntiqsiz adlandırıb
    Tramp Türkiyə ilə çıxılmazlığı məntiqsiz adlandırıb

Amerika prezidenti deyib: Türkiyə yüz ədəddən çox F-35 təyyarəsinin satın alınması barədə ərizə verib və biz Rusiyadan raket müdafiə sistemi satın aldığına görə heç vaxt bu təyyarələri Türkiyəyə verməyəcəyik.

Tramp Ağ Ev-də nazirlər kabinetinin iclasında müxbirlərlə müsahibədə deyib: Türkiyəlilər çətin bir vəziyyətə düşüblər və biz də Amerikada çətin vəziyyətlə üzləşirik... Görək, nə olur. Amma bu vəziyyət əsla qəbulediləsi deyildir.

Amerika prezidenti F-35 qırıcılarının Türkiyəyə satışı haqda müqavilənin pozulmasından sonra itiriləcək iş fürsətlərinə işarə edib.

O, deyib: Siz Rusiyadan raket sistemi aldığınız üçün bizim sizə milyardlarla dollarlıq təyyarə satmağa icazəmiz yoxdur. Bu, əsla ədalətli və qəbulediləsi deyildir.